Türkiyə PUA-ları vura bilən kamikadze dron yaratdı – DÜNYADA BİR İLK - FOTO

Türkiyə PUA-ları vura bilən kamikadze dron yaratdı – DÜNYADA BİR İLK - FOTO

Hazırda oxunan: Türkiyə PUA-ları vura bilən kamikadze dron yaratdı – DÜNYADA BİR İLK - FOTO

40553

Türkiyədə vacib obyektləri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaq üçün yeni sistem yaradılıb.

Bizim.Media xəbər verir ki, sistem pilotsuz uçuş aparatları ilə mübarizə üçün yaradılan “Fədai” kamikadze dronuna əsaslanır.

Türk müdafiə sənayesi şirkətləri “Havelsan” və “Transvaron”un birgə hazırladığı sistem Ankarada təşkil edilən 3-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Konfransında nümayiş etdirilib.

“Havelsan”ın  sözçüsü Nezih Şişman bildirib ki, yeni sistem hədəfləri aşkar etmək və təsnif etmək üçün süni intellektdən istifadə edir.
 

Onun sözlərinə görə, pilotsuz uçan aparatların mühafizə olunan əraziyə yaxınlaşması hədəf məlumatları elektro-optik kompleksə ötürən radarla qeydə alınacaq. Kompleks “Fədai” dronunu uçuşa hazırlamadan əvvəl hədəfi izləyə bilir.


Təhdid hesab edilən PUA-nın zərərsizləşdirilməsi, hədəfin vizual yoxlanılmasından sonra partlayış üçün optimal yeri seçən kamikadze pilotsuz təyyarəsinin döyüş başlığını partlatması ilə baş verir.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO