Avropa tələsir - “Şimal axını 2” erkən işə salına bilər

Avropa tələsir - “Şimal axını 2” erkən işə salına bilər

Hazırda oxunan: Avropa tələsir - “Şimal axını 2” erkən işə salına bilər

40270

Almaniyanın Federal Şəbəkə Agentliyi "Şimal axını 2" qaz kəmərinin erkən işə salınma ehtimalını təsdiqləyib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “İnterfaks” -a tənzimləyici qurumun mətbuat xidmətinin rəhbəri Fayt Volf bildirib.

O, bildirib ki,  Agentlik layihə operatorundan qaz kəmərinin Avropa Birliyinin standartlarına uyğun olduğunu təsdiq etməsini tələb edib. Fayt Volf tezliklə qaz kəmərinin qollarından birinin işə salınacağını istisna etməyib. 

Qeyd edək ki, Danimarka Enerji Agentliyi də “Şimal axını 2”-nin tələblərə cavab verdiyini və işə başlaya biləcəyini açıqlamışdı. 

Eyni zamanda “Şimal axını 2”-dən boru kəmərinin ilk xəttinin lazımi həcm və təzyiqi əldə etmək üçün testlər çərçivəsində qazla doldurulmasına başlanıldığı açıqlanıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO