"Çoxunuzun bildiyi kimi, ötən ay Azərbaycanın gənclər və idman naziri təyin olundum. Hamınızdan aldığım isti mesajlara və arzulara görə çox minnətdaram. Düşünürəm ki, üzvlərindən birinin idman naziri olması gimnastika ailəmiz üçün yaxşı stimuldur”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov özünün şəxsi feysbuk səhifəsində yazıb.
F.Qayıbov ingilis dilində yazdığı paylaşımda bildirib ki, bu vəzifəyə təyinatı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizədliyinə mane olmayacaq:
"Seçki kampaniyamın sürətlə davam etdiyini bildirməkdən məmnunam. Nazir təyin olunduğum gündən Avropa Gimnastikasının prezidenti kimi vəzifəmi yerinə yetirməyə davam edirəm. Bütün görüşlərə qatılır, gimnastika üzrə çempionatlarda və yarışlarında iştirak edirəm. FIG seçkilərində qalib gəlsəm belə, bu, dəyişməyəcək. Bildiyimiz kimi, Avropa Gimnastikası və ya FIG-in prezidentinin və ya İcraiyyə Komitəsinin üzvünün işi könüllü prinsiplərə əsaslanır və hamımızın sahib olduğumuz daimi işdən asılı olmamalıdır".
Bizim.Media
- A-
- A
- A+
İdman
17:18 / 04.10.2021
Fərid Qayıbov: “FIG prezidentliyinə seçki kampaniyam davam edir” - FOTO
Hazırda oxunan: Fərid Qayıbov: “FIG prezidentliyinə seçki kampaniyam davam edir” - FOTO
Hazırda oxunan: Fərid Qayıbov: “FIG prezidentliyinə seçki kampaniyam davam edir” - FOTO
40089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.