Həyat yoldaşı şəhid olan məşhurlar – Onlar KİMDİR? - FOTO

Həyat yoldaşı şəhid olan məşhurlar – Onlar KİMDİR? - FOTO

Hazırda oxunan: Həyat yoldaşı şəhid olan məşhurlar – Onlar KİMDİR? - FOTO

40035

İstər birinci, istərsə də ikinci Qarabağ savaşında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparmaq üçün minlərlə igid oğullarımız qanları və canları bahasına şərəfli tarix salnaməsi yazıblar. Onların arasında tanınmış simaların doğmları, yaxınları və qohumları kifayət qədərdir.  

Bizim.Media həyat yoldaşları şəhid olan məşhurları bir daha xatırladır. 
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyib.  

Xalid Hüseynxan oğlu Quliyev 1962-ci il  sentyabrın 9-da Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub.

Bakı şəhəri Nizami rayonu 62 saylı məktəbdə təhsil alıb. 1980-1982-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Xalid Quliyev könüllü olaraq Daxili Qoşunların döyüşçü dəstəsinə üzv yazılıb. Ağdərədə gedən qanlı döyüşlərdə böyük şücaətlər göstərib. Ağdərənin 6 kəndini yağı düşməndən azad etmək üçün əlindən gələn bütün qəhrəmanlıqları əsirgəməyib.

Naxçıvanik kəndi düşməndən azad olduqdan sonra ən hündür yüksəkliyə Azərbaycan bayrağını məhz Xalid Quliyev sancıb. Şəhidin sonuncu döyüşü Manikli kəndində olub. 1992-ci il iyulun 10-da kəndi azad etdikdən sonra düşmən əsirliyində olan üç əsgərimizi mühasirədən azad edən Xalid  qayıdarkən yolda minaya düşür və həlak olur.
 

Xalid Quliyev cəbhədə göstərdiyi igidliyə görə, "Vətən uğrunda" medalına layiq görülüb. Vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseyi şəhidin adını daşıyır.


Həmçinin yaşadığı küçəyə Xalid Quliyevin adı verilib. Şəhidin Aynişan adlı qız yadigarı qalıb. 

Həyat yoldaşı şəhid olan digər məşhurumuz əməkdar artist Gülüstan Əliyevadır. Ömür-gün yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Rüfət adlı bir oğul yadigarı qalıb. 
 

Zahid Əhmədov 10 yanvar 1960-cı ildə Beyləqan rayonunun Günəşli kəndində anadan olub. BDU-nun hüquq fakültəsinin bitirdikdən sonra Cəbrayıl rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi işləyib.


O illərdə Qarabağ uğrunda qanlı döyüşlər gedirdi. Zahid Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və fədakarlığına görə yenicə yaranmış Tuğ polis bölməsinə rəis təyin edilib. 17 sentyabr 1991-ci ildə Xocavənd rayonu ərazisində düşmən tərəfindən xaincəsinə quraşdırılmış minaya düşərək şəhid olub.
 



Qeyd edək ki, Gülüstan Əliyeva bu günlərdə Cəbrayıl rayonunda olarkən  30 ildən sonra şəhid olmuş əri Zahid Əhmədovun məzarını tapıb.

İllərdir doğmasının məzarını ziyarət edə bilməyən sənətçi çətinliklə də olsa həyat yoldaşının dəfn olunduğu, ermənilər tərəfindən isə dağıdılan yeri tapa bilib.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO