Bu gündən “Nobel həftəsi” başlayır - Qaliblərin adları açıqlanacaq

Bu gündən “Nobel həftəsi” başlayır - Qaliblərin adları açıqlanacaq

Hazırda oxunan: Bu gündən “Nobel həftəsi” başlayır - Qaliblərin adları açıqlanacaq

39982

Bu gündən “Nobel həftəsi” başlayır.

AMEA-dan Bizim.Media-ya bildirilib ki, oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və nəhayət, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək. Ətraflı məlumat Nobel mükafatı saytından əldə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO