Vəkilliyə qəbul üzrə test imtahanı KEÇİRİLİR

Vəkilliyə qəbul üzrə test imtahanı KEÇİRİLİR

Hazırda oxunan: Vəkilliyə qəbul üzrə test imtahanı KEÇİRİLİR

0:00
0:00
39798

Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, DİM-in kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir. 

Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti. şifahi mərhələsində iştirak edə biləcəklər. 

Hər sual 1 balla qiymətləndirilir. İmtahanda iştirak edən ən yaşlı namizəd 64, ən gənc isə 24 yaşındadır. 

Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 68 faiz, regionlar üzrə 32 faizdir. 

Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO