“Qırmızı Körpü”də 6 avtomobil SAXLANILDI 

“Qırmızı Körpü”də 6 avtomobil SAXLANILDI 

Hazırda oxunan: “Qırmızı Körpü”də 6 avtomobil SAXLANILDI 

39711

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 8 fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

“Qırmızı Körpü” gömrük postunda 6 ədəd “Mercedes Benz”, “DAF” və “Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO


Bu zaman vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 16 min 760 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO