17 hotelə keyfiyyət sertifikatları VERİLDİ - FOTO

17 hotelə keyfiyyət sertifikatları VERİLDİ - FOTO

Hazırda oxunan: 17 hotelə keyfiyyət sertifikatları VERİLDİ - FOTO

39572

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2015-ci ildə turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin üst-üstə düşmədiyini, bəzi hallarda isə ulduzlaşmanın ümumiyyətlə aparılmadığını qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Obyektlərin girişində vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? – CAVAB


Hotelçiliyin turizmin sütun sahələrindən biri olduğunu vurğulayan Fuad Nağıyev bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb. 
 
O, ilkin yoxlamalara əsasən, təəssüf ki, bir sıra hotellərin iddia etdikləri ulduz dərəcəsini ala bilməyəcəklərini, buna səbəb onların malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı, eləcə də keyfiyyətindəki çatışmazlıqlar olduğunu diqqətə çatdırıb. 
 
Fuad Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib. 
 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Milli Ulduz Təsnifatı əsasında ulduz dərəcələrinin verilməsinin hotellər arasında sağlam rəqabətə səbəb olacağını və onlara özlərini daha düzgün təqdim etmək şansı verəcəyini söyləyib.


Daha sonra yoxlama prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO