Siyasi partiyalarımızın xarici TƏRƏFDAŞLARI – Kim kiminlədir? 

Siyasi partiyalarımızın xarici TƏRƏFDAŞLARI – Kim kiminlədir? 

Hazırda oxunan: Siyasi partiyalarımızın xarici TƏRƏFDAŞLARI – Kim kiminlədir? 

39551

Son illər bəzi siyasi partiyaların fəallığı duyulur. Partiya sədrlərinin maraqlı bəyanat və çıxışları da diqqət mərkəzindədir. Amma maraq doğuran digər nüans siyasi partiyaların fəaliyyət istiqamətləridir. Azərbaycandakı partiyaların hansısa beynəlxalq təşkilat, yaxud xarici ölkələrdəki partiyalarla əməkdaşlığının olub-olmaması haqqında çox adam məlumatsızdır.

Bizim.Media mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslıya müraciət etdi. O bildirdi ki, Ağ Partiya hələ bu istiqamətdə iş qura bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Ağ Partiya əvvəlcə ölkə daxilində güclənməyi planlaşdırır:

“Çünki beynəlxalq münasibətlərin formalaşdırılması, hansısa partiyalarla əməkdaşlıq, yaxud beynəlxalq təşkilatlara üzvlük məsələsi partiya olaraq sənin ölkə daxilindəki gücünə adekvat olur. Əgər ölkə daxilində hər hansı bir gücə sahib deyilsənsə, təsir imkanların yoxdursa, beynəlxalq arenada da zəif olacaqsan. Ona görə də biz son bir neçə ildə əsasən daxilə adaptə olmuşduq. Lakin artıq bizim beynəlxalq təşkilatlarla və ya digər ölkələrin bizimlə eyni ideoloji xətti olan partiyaları ilə əməkdaşlıqla bağlı bəlli bir proqramımız var. Yəqin ki, gələn ildən bu istiqamətdə intensiv işlər görəcəyik”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqladı ki, sədrlik etdiyi partiyanın beynəlxalq təşkilat və xarici ölkələrdəki partiyalarla əməkdaşlığı yoxdur:

“Azərbaycanın haqq işi ilə bağlı partiya olaraq bəyanat qəbul eləmişik və ingilis dilinə tərcümə edərək beynəlxalq təşkilatlara göndərmişik. Yəni əməkdaşlıq bu şəkildədir”.

Vətəndaş Həmrəyliyi Partiyasının lideri Sabir Rüstəmxanlı isə sualımıza cavab vermədən telefonu qapadı. 

Mövzu ilə bağlı digər partiya rəhbərlərinin də cavabları barədə yazılarımız olacaq. Bizimlə qalın...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO