Diaspor təşkilatları bir çox ölkələrdə tədbirlər keçirdi - FOTO

Diaspor təşkilatları bir çox ölkələrdə tədbirlər keçirdi - FOTO

Hazırda oxunan: Diaspor təşkilatları bir çox ölkələrdə tədbirlər keçirdi - FOTO

39523

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda 44 günlük Vətən Müharibəsi zamanı şəhid olanların Anım Günü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin təxribatını dəf edərək Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa edib və Qarabağ müharibəsini qələbə ilə başa vurub.

Anma Günü potensialını, fəaliyyət coğrafiyasını və nüfuzlu erməni lobbisinə qarşı mübarizə üsullarını gündən-günə genişləndirən Azərbaycan diasporunun potensialının təzahürü üçün başqa bir unikal fürsət olub.
 

Prezident İlham Əliyev Anım Günü münasibətilə xalqa müraciətində xaricdə yaşayan azərbaycanlıların fəallığını xüsusi qeyd edib ki, bu da Azərbaycan diasporunun fəaliyyətinə verilən ən yüksək qiymətdir.


Nyu -York, Vaşinqton, Şimali Karolina, Yuta, Pensilvaniya, Kaliforniya, Massaçusets, Kanada, Böyük Britaniya, Avstraliya, İsrail, Türkiyə, Niderland, Belçika, Almaniya, Avstriya, Fransa, İsveç, İsveçrə, Finlandiya, Ukrayna, Moldova, Rusiya, İordaniya, Oman Sultanlığı və digər ölkələrdə  diasporumuzun təşkil etdiyi kütləvi aksiyalar, nümayişlər, xatirə guşələri erməni işğalının mahiyyətini ortaya qoyub.

Anma Günündə xaricdə yaşayan azərbaycanlılar LED ekranlı avtomobillərin, reklam lövhələrinin, foto sərgilərin və digər tədbirlərin köməyi ilə müxtəlif ölkələrin dövlət idarələrinin qarşısındakı meydanlarda Azərbaycanın bayraqlarını qaldıraraq erməni işğalının nəticələri və Azərbaycan ərazilərində törədilmiş vandalizm haqqında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan diasporunun həyata keçirdikləri tədbirlərlə bağlı onlarla məqalə nəşr olunub.

Anma Günü bir daha göstərdi ki, çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan diasporu erməni təbliğat kampaniyasına qarşı durmaq coğrafiyasını genişləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO