Azərbaycanın zəfər qazandığı II Qarabağ müharibəsinin 4-cü günündən bir il ötür.
Bizim.Media ötən ilin bu günündə nələrin baş verdiyini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan sülh müqaviləsindən niyə qorxur? – PƏRDƏARXASI MƏQAMLAR
1. İrandan Ermənistana hərbi sursat daşıyan maşınlar yandırılıb. Avtomobilləri cənubi azərbaycanlılar məhv edib.
2. Solovyov canlı yayımda gülünc vəziyyətə düşür. Ermənipərəst jurnalistin kadrarxası görüntüləri onun feyk xəbərlər yaydığını isbatlayıb. Ermənilərin üstün olduğu və erməni valideynlərin uşaqlarını alqışla döyüşə yola saldığını deyən Solovyov çaşıb Azərbaycana aid kadrları nümayiş etdirib. Hamı da bilib ki, müharibə təntənəsi Ermənistan yox, Azərbaycandadır.
3. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüb. Duyğusal anlar yaşanıb.
4. Azərbaycan ordusu irəliləyərək düşmənə sarsıdıcı zərbələr endirib. Cəbrayıl istiqamətində ermənilərin döyüş texnikaları məhv edilib.
5. İşğalçılar Tərtəri artilleriya atəşinə tutur ki, nəticədə evlər və təsərrüfata ciddi ziyan dəyir. 7 nəfər yaralanır.
6. Ermənilər Goranboyun Ağcakənd kəndini atəşə tutublar.
7. Ermənilər itirdiyi mövqeləri yenidən işğal etmək üçün Suqovuşana əlavə qüvvələr cəmləşdirir və hücuma cəhd edirlər. Lakin Azərbaycan ordusu onların qarşısını alır.
8. Ermənilər digər tabordan kömək istəsələr də, işğala gələn ermənilər də məhv olunur.
9. Düşmən “Toçka-U” raket kompleksini tətbiq edir, amma hərbi texnikaları köhnə olduğu üçün atılan raketlərdən 3-ü partlamır. Düşmənin “Uraqan” yaylım atəş sistemi, “Osa” zenit-raket kompleksi, 3 BM-21 “Qrad” reaktiv sistemi, döyüş maşını və 2 ədəd Haubitsa topu məhv edilir.
Məlumat üçün bildirək ki, həmin gün düşmənin çoxsaylı texnikası qoşunlarının gününə salınır. Yəni, dağıdılır. Məhv edilən erməni hərbi texnikası arasında 16 tank da olub. Şəxsi heyətlə dolu olan 2 erməni yük maşını da partladılıb. Ağdərədə ermənilərin dağıdılan 6-cı dağatıcı alayına yardıma yetişən 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və səngərləri ələ keçirilir.
Azərbaycan hərbçiləri çoxsaylı erməni hərbi maşın və texnikasını nəzarətə götürür:
- Artıq ermənilər sursatlarını qoyub qaçırlar
- Ağdərə-Tərtər istiqamətindəki ermənilər məhv edilir və ərazi düşməndən təmizlənir
- Yüksək rütbəli erməni zabitlərinin (general, polkovniklər) toplaşdığı bunker “Harop” dronu ilə dağıdılır
- “Al Jazeera” telekanalı Ermənistanın hərbi təxribatları ilə bağlı reportaj hazırlayır. Ermənilərin dinc sakinləri hədəfə aldığını bütün dünya görür
- Aİ şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng vurur və konfliktin sülh yolu ilə həll olunmasının zəruri olduğunu bildirir. Prezident İlham Əliyev isə cavabında erməni terroru nəticəsində 14 mülki şəxsin öldüyünü və Ermənistan hökumətinin məsuliyyət daşıdığını vurğulayır
- Arxa cəbhədə Azərbaycan ordusuna dəstək davam edir
- On minlərlə gənc Müdafiə Nazirliyinə müraciət edərək döyüşə getmək istədiklərini qeyd edirdilər
Sonda qeyd edək ki, bütün bu vətənpərvərlik, döyüş, qisas arzularının arxasında Azərbaycanın şanlı ordusu və sərkərdə kimi adını tarixə yazdıran Ali Baş Komandan İlham Əliyev dayanır.
Bizim.Media