“8 Noyabr”da xüsusi düymə ilə idarə olunan svetaforlar quraşdırıldı - VİDEO

“8 Noyabr”da xüsusi düymə ilə idarə olunan svetaforlar quraşdırıldı - VİDEO

Hazırda oxunan: “8 Noyabr”da xüsusi düymə ilə idarə olunan svetaforlar quraşdırıldı - VİDEO

39391

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə BNA-dan məlumat verilib. 

Bununla yanaşı, Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.                            

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO