Bizim.Media 1 İL: Qulu Məhərrəmli, Vüsalə Mahirqızı: “Operativdir, dürüstdür, avanqarddır”

Bizim.Media 1 İL: Qulu Məhərrəmli, Vüsalə Mahirqızı: “Operativdir, dürüstdür, avanqarddır”

Hazırda oxunan: Bizim.Media 1 İL: Qulu Məhərrəmli, Vüsalə Mahirqızı: “Operativdir, dürüstdür, avanqarddır”

39313

Bizim.Media bu şanlı günlərdə faəliyyətinin 1 yaşını qeyd edir. Çoxlu oxucu təbrikləri ilə yanaşı media aləminin say-seçmələrinin də sayıtımıza ürək sözləri var. 

Onlardan ikisi, Tele-jurnalist, professor Qulu Məhərrəmli və "APA Holding" MMC-nin rəhbəri, tanınmış qələm adamı Vüsalə Mahirqızı arzularını bizimlə bölüşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media – 1 ilin XÜLASƏSİ


Professor Qulu Məhərrəmli Bizim.Media-nın fəaliyyəti ilə bağlı iki mühüm cəhəti qeyd edib:

“Bizim.Media əlamətdar günlərdən birində meydana gəlib. İndi 1 illiyini qeyd edir. Ötən ilin bu günlərində saytlara giriş çətin olsa da, hər halda axtarıb tapırdılar və cəbhə xəbərlərini paylaşanlardan biri də təbii ki, Bizim.Media idi.

İlk baxışda adı sanki spesifik sahə üzrədir. Sanki medianı işıqlandırır. Amma yaxşı universal xəbərlər sistemində fəaliyyət göstərir və onlayn rejimində çalışır. Bu, çox müsbət hadisədir. Saytınızın iki cəhəti təqdirəlayiqdir.
 

Birinci saytın verdiyi xəbərlər həmişə maraq doğurur, operativdir və dürüstdür. İkincisi isə daim etik qaydalar gözlənilir. Mən izləyirəm. Fərqli fikirlər çox dəqiq verilir və alınan məlumatlar ekspert şərhləri maraq doğurur”.


Qulu Məhərrəmli Bizim.Media-da çalışan əməkdaşlar arasında tanıdığı imzalardan da danışıb:

“Gözəl kollektivi var və imzasını tanıdığım həmkarlarım orada çalışır. Çox haysız-küysüz, sensasiyasız, amma cəmiyyətdə gedən prosesləri işıqlandırmağa çalışır. Bunu təqdir edirik. Əlbəttə ki, arzular da var. Arzulayardım ki, araşdırma, tənqidi və digər saytların işıqlandırmadığı materiallara çox yer verilsin.

Milli dəyər, mənəviyyat, tərəqqi, təfəkkür və şuurla bağlı məsələlərə çox ehtiyac var. Oynaq, müxtəlif təqdimat və analitik şəkildə materialların olması da yaxşı olardı. Bundan əlavə cəmiyyət və ölkə üçün ictimai əhəmiyyət kəsb edən səhiyyə, təhsil, mənəviyyat kimi məsələlərin də işıqlandırılmasının davamlı olmağını arzulayardıq.

Kiçik kollektivdir və çox çevik çalışır. Hesab edirəm ki, bu cür saytların təcrübəsindən çıxış etməliyik ki, onlar ictimai düşüncəyə və media mühitinə fayda versinlər. Kollektivi təbrik edirəm. Gün o gün oldun ki, 5, 10 və 50 illiyinizi qeyd edək. ”.

"APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı Bizim.Media-nın fəaliyyətinin həddindən artıq diqqətçəkən və məhsuldar olduğunu deyib:
 

“Bizim.Media-nın açığı bu qədər qısa vaxtda fəaliyyət göstərdiyini bilmirdim. Çünki fəaliyyətiniz o qədər diqqətçəkən və yaxşıdır ki, elə bilirəm bir neçə ildir varsınız. Bizim.Media özünün ekspert rəyləri, müsahibələri, eksklüziv məlumatları, artıq ölkədə oxunan, normal qəbul edilən və ictimai rəydə müzakirə doğuran məsələləri gündəmə gətirən, problemləri, araşdırmları işləyən sayt kimi populyardır”. 


Vüsalə Mahirqızının sözlərinə görə Bizim.Media həm də avanqard saytlardan biridir:

“Orada kollektivin böyük əksəriyyəti gənclərdən ibarətdir. Hansı ki, yaxın zamanlarda Azərbaycan mediasında yaxşı, tanınan imzalara çevrilmək perspektivi olan əməkdaşlardırlar. Dostum Anar Tahirov başqa olmaqla sizi və bütün kollektivinizi 1 illik fəaliyyətinizlə bağlı həm həmkarınız kimi, həm də məndən ən çox açıqlama alan media qurumlarından biri kimi təbrik edirəm, uğur arzulayram və “sükanı belə saxlayın”deyirəm”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO