Sahibə Qafarova:

Sahibə Qafarova: "Zəngəzur dəhlizinin açılması tranzit və ticarət potensialına töhfə verəcək" - FOTO

Hazırda oxunan: Sahibə Qafarova: "Zəngəzur dəhlizinin açılması tranzit və ticarət potensialına töhfə verəcək" - FOTO

0:00
0:00
39220

Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova mətbuat konfransında çıxış edib. 

Təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəliyə daxil olan bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 

Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən spiker Sahibə Qafarova jurnalistlərə məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər öz əksini tapıb.

Sənəddə həmçinin 2021-ci ilin 15 iyun tarixində imzalanmış Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO