Məhbus həyatı yaşamış Azərbaycanlı məşhurlar

Məhbus həyatı yaşamış Azərbaycanlı məşhurlar

Hazırda oxunan: Məhbus həyatı yaşamış Azərbaycanlı məşhurlar

3921

2008- ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən Samir Cavadzadə də məhkum həyatı yaşayıb. 2011- ci ildə müğənni otaq yoldaşı və dostu Elvin Hüseynovu biçaqladığı üçün həbs edilib. Bu cinayətinə görə müğənni iki ilə yaxın dəmir barmaqlıqlar arasında qalıb.

Tanınmış rejissor Aqil M. Quliyev 2013 – cü ildə həbs olunub. Mariana Turabova adlı şəxs hüquq – mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 manat borcu olduğunu, lakin geri qaytarmadığını bildirib.




Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin rejissor pulu qaytarmayıb. Buna görə də 1 il 6 ay müddərində azadlıqdan məhrum edilib.

Teleaparıcı İlham Mirzəyev 2014-cü ildə  dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində passientləri aldadıb. Həmçinin onun falçılıqla məşğul olduğu da deyilirdi.



İlham Mirzəyev 2014-cü ilin aprel ayında 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 il 6 aya endirilib. Amma buna baxmayaraq, teleaparıcı vaxtından əvvəl – 2016-cı ildə azadlığa buraxılıb.

Tanınmış prodüser Təranə Səmədova iki qadını fahişəliyə cəlb etdiyi üçün həbs edilib. Prodüser 20018-ci ildə 1 il müddətində azadlıqdan məhrum edilib.

“Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu da 2013 – cü ildə  “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.



Müğənni Fədayə Laçın da məhkumluq həyatı yaşayıb. O, 2017 - ci il oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara kömək edib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 azadlıqdan məhrum edilmişdi. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsi cəzasını iki ilə endirilib. Müğənni 2019 – cü il okytabrn 29-da azadlığa buraxılıb.

Reper Elşad Xose narkotik istifadə etdiyi üçün həbs olunub. O, 2010 – cu ildə narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

"Azəri Star"ın keçmiş rəhbəri, aktyor Əlibəy Əlisafa oğlu Dadaşov da həbs həyatı yaşayıb. O, böyük məbləğdə pulun mənimsənilməsində və dələduzluqda təqsirli bilinərək  2015- ci ildə həbs olunub.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO