Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası DAVAM EDİR - FOTO

Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası DAVAM EDİR - FOTO

Hazırda oxunan: Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası DAVAM EDİR - FOTO

39195

Qarabağ və Şərqi Zəngəzur sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır. 

Bizim.Media xəbər verir ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometrdir.

Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. 

Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşası hazırda davam etdirilir. 

Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır. 

Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri, “İnşaat Norma və Standartları”na uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış və yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür. 

Artıq əsas yolda qeyd edilən körpülərdən üçünün inşasına start verilib.  

Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi aparılır, həmçinin trassa boyu müxtəlif gərginlikli elektrik xətləri köçürülür. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO