Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb.
Bizim.Media-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə M. Sandu keçirdiyi mətbuat konfransında deyib.
O inaqurasiya mərasiminin dekabrın 24-də Respublika Sarayında baş tutacağını söyləyib.
Yeni seçilmiş prezident qeyd edib ki, pandemiya ilə əlaqədar andiçmə mərasimi geniş keçirilməyəcək və məhdud sayda qonaqlar bu mərasimə qatılacaq.
Qeyd edək ki, Rusiya mətbuatında andiçmə mərasiminə rəsmi Moskavanın dəvət edilməməsi ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media