Amerika Ticarət palatası üzvləri Ağdamda - FOTO

Amerika Ticarət palatası üzvləri Ağdamda - FOTO

Hazırda oxunan: Amerika Ticarət palatası üzvləri Ağdamda - FOTO

39178

Ağdamda Qarabağ Dirçəliş Fondu, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycanda Amerika Ticarət palatası (AMCHAM) üzvlərinin iştirakı ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, iştirakçılar tədbirdən əvvəl Ağdam şəhərində İmarət kompleksini, Çörək muzeyini, Dövlət Dram Teatrını, Cümə məscidini, Qiyaslı məscidini, Şahbulaq kompleksini ziyarət ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ağdamda vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur" - İrlandiyalı deputat 


Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iştirakçılara Ağdam rayonunun ümumi planı, şəhərin baş planı, infrastrukturu və bölgənin iqtisadi potensialı haqqında məlumat verib.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışıb.

İdarə Heyətinin sədri iştirakçılara işğaldan azad olunan ərazilərimizə dəyən zərərlə bağlı dolğun məlumatların yer aldığı ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” (www.karabakh.center) internet resursu haqqında ətraflı məlumat verib.
 

Azərbaycanda Amerika Ticarət palatasının prezidenti Nuran Kərimov çıxışı zamanı belə səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb.


Görüşdə qonaqlara Fondun #KarabakhChallenge kampaniyası haqqında məlumat verilib, kitabçalar təqdim olunub.

Məbləğindən asılı olmayaraq, hər bir soydaşımız Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəsini verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO