İlon Mask milyarderlər siyahısında zirvəni ƏLƏ KEÇİRDİ

İlon Mask milyarderlər siyahısında zirvəni ƏLƏ KEÇİRDİ

Hazırda oxunan: İlon Mask milyarderlər siyahısında zirvəni ƏLƏ KEÇİRDİ

39144

SpaceX və Tesla-da pay sahibi olan sahibkar İlon Mask “Amazon”un qurucusu Jeff Bezosu qabaqlayaraq ən varlı adamların reytinq cədvəlində birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Forbes nəşri yayıb.

Mənbə yazır ki, bazar ertəsi günü keçirilən birja ticarətinin bağlanışında Maskın sərvəti 203,4 milyard dollar olaraq qiymətləndirilib və bir sutka ərzində 3,8 milyard dollar artım olub.  

Eyni zamanda Mask sərvəti 200 milyard dolları keçən dünyanın üçüncü şəxsi olub. 

2020-ci ilin avqustunda birinci yerdə Bezos qərarlaşıb. İkinci yeri isə Louis Vuitton Moët Hennessy (LVMH) qrupunun prezidenti Bernard Arnault  tutub.

Onun sərvəti iyun ayında 200 milyard dollarlıq həddi keçib.

Yanvar ayında Mask artıq Bezosu qabaqlayıb, lakin o, birinci sırada qala bilməyib.

Sərvəti 197,7 milyard dollar olaraq qiymətləndirilən Bezos ikinci yerdədir.

Üçüncü yeri 175,7 milyard dollar sərvəti ilə Arno tutur, dördüncü yerdə “Microsoft”un qurucusu Bill Qeyts (131 milyard dollar) qərarlaşıb. Beşliyi “Facebook”un qurucusu Mark Zuckerberg (126,4 milyard dollar) tamamlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO