Avtovağzallarda COVID pasportu olmayanlara bilet SATILMAYACAQ – RƏSMİ 

Avtovağzallarda COVID pasportu olmayanlara bilet SATILMAYACAQ – RƏSMİ 

Hazırda oxunan: Avtovağzallarda COVID pasportu olmayanlara bilet SATILMAYACAQ – RƏSMİ 

39104

Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. 

O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib:

"Bilet satışı zamanı sərnişindən COVID-19 pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq". 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Avtovağzalında vaksinasiya məntəqəsi təşkil olundu 


N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVID-19 pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: 

"Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara getmək istəyən, lakin COVID-19 pasportu olmayan sərnişinlərə bilet satılmasın. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVID-19 pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO