Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Şuşanın gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Facebook" hesabında paylaşım edib.
“Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev bildirib.
Bizim.Media