ABŞ - dan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

ABŞ - dan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

Hazırda oxunan: ABŞ - dan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

39066

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Amanda Slout dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüblər.

Bizim.Media “mediamax” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Mənbə bildirir ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində ötən həftə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından sonra ilk görüşünün keçirilməsini müzakirə ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı: “Bölgəyə sülh və firavanlıq diləyirik”


“Onlar həmçinin 27 sentyabrda Dağlıq Qarabağ münaqişəsində aktiv hərbi əməliyyatların bərpasının ildönümü olduğunu qeyd ediblər və hər iki tərəfə itkilərlə əlaqədar başsağlığı veriblər. Vurğulayıblar ki, yalnız hərtərəfli razılaşma iki ölkə arasındakı münasibətləri normallaşdıra, bölgə xalqları birlikdə sülh içində yaşaya bilər.

Derek Hoqan və Amanda Slout həmsədrlərin səylərini və Ermənistanla Azərbaycanın sülh prosesini birbaşa dialoq yolu ilə bərpa etmək əzmini alqışlayıblar. 

Açıqlamada vurğulanır ki, ABŞ digər həmsədr ölkələrlə əməkdaşlığa davam edəcək, Ermənistan və Azərbaycana məhbuslar, itkin düşənlər və minalardan təmizləmə ilə əlaqədar bütün həll edilməmiş problemlərin həllində yardım göstərəcək.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO