Bizim.Media-nın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, ikitərəfli münasibətlər baxımından daha balanslı yanaşmaya ehtiyac var. “Dodon ilə dialoq davam edir, lakin o bu mövzuda daha konstruktivdir. Biz də bu konstruktivliliyin davam edəcəyini, bununla bağlı müəyyən bir davamlılığın olacağını gözləyirik”.
Peskovun sözlərinə görə hər hansı bir kəskin addımın bütün mənfi nəticələri nəzərə alınacaq.
Qeyd edək ki, Moldovanın yeni prezidenti Maya Sandu bazar ertəsi keçirdiyi mətbuat konfransında, silah anbarlarını qoruyan Rusiya hərbi əməliyyat qrupunun hərbi sursatlar ilə birlikdə Dnestryanı ərazidən çıxarımalarını təklif edib. O, sülhməramlıların yerinə Dnestryanı bölgədə mülki müşahidəçilərin qalmasını istəyib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:42 / 30.11.2020
Kreml Moldova ilə konstruktiv münasibətlərə ümid edir
Hazırda oxunan: Kreml Moldova ilə konstruktiv münasibətlərə ümid edir
Hazırda oxunan: Kreml Moldova ilə konstruktiv münasibətlərə ümid edir
3903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.