Lənkəran Dövlət Teatrının istedadlı aktyoru, əməkdar artist Niftulla Əsgərovun səhhəti pisləşib və Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə Bizim.Media-ya aktyorun özü məlumat verib.
Onun sözlərinə görə uzun müddətdir müalicəsində istifadə etdiyi dərmanlar mədəsində fəsat verib və həmin orqanda daxili qanaxma baş verib:
“Təzyiq tamamilə aşağı düşüb. Ürəyimə 3 yerdən anju vasitəsi ilə spiral qoyulmuşdu. Mədəmdəki qanaxma ürəyimə də fəsad verib. Ona görə də ürəyimə yenidən stend qoyulmalıdır. Hazırda xəstəxanada sistem altındayam və qanaxmanın aradan qaldırılmasına müdaxilə olunur”.
Aktyor ürəyindən olunacaq əməliyyatın aparılması üçün maddi çətinlik çəkdiyini də dilə gətirib:
“İmkanım yetərli deyil. Məni həyatda saxlamaq üçün hökumətin yardımı lazımlıdır. Dərmanlar çox bahadır və ürəyə qoyulacaq stend üçün maddi vəsaitim çatmır. Övladlarım müəyyən köməkliklərini edirlər. Amma konkret maddi çətinlik var və sabah nə olacağını bilmirəm”.
Qeyd edək ki, əməkdar artist 2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Alçina Amilqızı, Bizim.Media
![Tanınmış aktyorun səhhəti AĞIRLAŞDI Tanınmış aktyorun səhhəti AĞIRLAŞDI](https://bizim.media/file/articles/2021/09/27/1632744186_0aq-2.jpg)
- A-
- A
- A+
Mədəniyyət
16:02 / 27.09.2021
Tanınmış aktyorun səhhəti AĞIRLAŞDI
Hazırda oxunan: Tanınmış aktyorun səhhəti AĞIRLAŞDI
Hazırda oxunan: Tanınmış aktyorun səhhəti AĞIRLAŞDI
38956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12