Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

Hazırda oxunan: Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

38918

"Bir il bundan öncə Vətən müharibəsi zamanında Türk Şurası çox fəal şəkildə Azərbaycanın haqq səsinə öz dəstəyini verdi. Bir sıra bəyanatlar qəbul etdi. Türk Şurasının Baş katibinin Azərbaycana bir neçə səfəri oldu. Biz təşkilatın bu istiqamətdə dəstəyini çox yüksək qiymətləndiririk".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türk Şurasının əməkdaşları mütəmadi olaraq Bakıda səfərlərdə olurlar:

"Müxtəlif istiqamətlərdə müzakirələr aparılır. Qarabağın dirçəlməsi və orada quruculuq işlərinin aparılması böyük müzakirə mövzusudur. Bu istiqamətdə biznes forumun keçirilməsi, türk ölkələrindən investorların cəlb edilməsi və Qarabağa ikinci həyatın qaytarılması hər zaman müzakirə mövzusudur. Bununla bağlı da konkret addımlar atılır".

Nazir bildirib ki, Azərbaycanın mədəniyyəti paytaxtı Şuşanın Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi nəzərdə tutulub:

"Hesab edirik ki, türk dünyasının mədəniyyəti ilə bağlı çoxsaylı tədbirlərin yaxın zamanlarda Şuşa şəhərində keçirilməsi də planlaşıdırlır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO