Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov açıqlama verib.
İvanov bildirib ki, səhra hospitalının yaradılmasında məqsəd ilk növbədə sülhməramlıların tibbi təminatını qarşılamaqdır:
“Biz mülki əhaliyə də yardım göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”.
Qeyd edək ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub.
Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var.
Bizim.Media