Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan sərhədi yolunun Horadiz-Mincivan-Ermənistanla sərhəd hissəsində layihələndirilmə işləri aparılır. Layihənin icrası təsdiq olunduqdan sonra yolun tikintisinə başlanılacaq.
Bunu Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli əlavə edir ki, bu yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu adlanacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir:
“Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac olduğu üçün artıq layihələndirilmə işlərinə başlanılıb”- deyə əlavə edir.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 30.11.2020
Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ
Hazırda oxunan: Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ
Hazırda oxunan: Zəngəzura aparan yol yenidən qurulur - RƏSMİ
3884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.