Jirinovskidən TƏKLİF: “Mara Bağdasaryan sürgünə göndərilsin”

Jirinovskidən TƏKLİF: “Mara Bağdasaryan sürgünə göndərilsin”

Hazırda oxunan: Jirinovskidən TƏKLİF: “Mara Bağdasaryan sürgünə göndərilsin”

38750

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski hələ də sürgünü təsirli bir cəza hesab edir. 

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu o, Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib.

"Bu edilməlidir. Sürgün ağır cəzadır, unutmayın, Mara Bağdasaryan adlı biri var idi. Yol qaydalarını pozmuşdu  və cərimələrə reaksiya vermirdi. Onun üçün Moskvadan sürgün təsirli bir cəza olardı. Başqa bir bölgəyə getsin və yaşasın" deyə Jirinovski qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Jirinovski çaşıb türkcə DANIŞDI – VİDEO 


Xatırladaq ki, şənbə günü Rusiya Prezidenti Dövlət Dumasına seçkilərdə qalib gələn partiyaların liderləri ilə görüş keçirib. Görüş videokonfrans vasitəsilə baş tutub.

Qeyd edək ki, Mara Bağdasaryan sensasiyalı "Gelendewagen yarışından" sonra 2016-cı ildə törədilmiş cinayətdən sonra məşhurlaşıb. Lukoil şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarovun oğlu və dostları 2016-cı ilin may ayının sonunda cinayət işinə səbəb olan Mercedes-ə "minib" və "macəralarını" internetdə canlı yayımlayıblar.

Daha sonra Bağdasaryan yol hərəkəti qaydalarını pozduğuna görə dəfələrlə saxlanılıb.

Yarışçı yol hərəkəti qaydalarını pozduğuna görə çoxlu sayda ödənilməmiş cərimə yığıb. Məhkəmə onu cərimə və məcburi əməyə məhkum edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO