Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru oldu - FOTO

Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru oldu - FOTO

38686

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Ətraf mühitin idarə edilməsi və ekologiyasının beynəlxalq kompleks problemləri kafedrasının müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev İnstitutun Dayanıqlı İnkişaf Mərkəzinin (DİM) direktoru təyin edilib. 

Bizim.Media xəbər verir ki, MDBMİ-də DİM-in yaradılması və R.Əliyevin oraya direktor təyin edilməsi ilə bağlı əmri universitetin rektoru Anatoli Torkunov imzalayıb. 

İnstitutdan qeyd ediblər ki, DİM-in yaradılması ekologiya, iqlim dəyişikliyi, davamlı inkişaf, müasir beynəlxalq siyasi və iqtisadi gündəliyin, dövlət prioritetlərinin və korporativ idarəetmənin ayrılmaz bir hissəsi olan ESG təcrübələrinin tətbiqi və gücləndirilməsi sahəsində müasir çağırışlara cavab verən müvafiq addımdır. 

DİM artıq MDBMİ-nin Biznes və Beynəlxalq Səlahiyyətlər Məktəbi ilə birlikdə “Dayanıqlı inkişaf menecmenti” adlı yeni magistr proqramına start verib. 

Oktyabrın 14-15-də İnstitutda davamlı inkişaf və ESG transformasiyası mövzusunda birinci Rusiya açıq beynəlxalq konfransı keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO