Niyə biz köhnə sevgilimizə qayıtmaq istəyirik? – Ölümə səbəb olan DÖNÜŞLƏR

Niyə biz köhnə sevgilimizə qayıtmaq istəyirik? – Ölümə səbəb olan DÖNÜŞLƏR

Hazırda oxunan: Niyə biz köhnə sevgilimizə qayıtmaq istəyirik? – Ölümə səbəb olan DÖNÜŞLƏR

38679

İnsanlar hər zaman əllərində olduqları nemətlərin, anların qədrini itirdikdən sonra anlayırlar. Necə ki, böyüdükdən sonra daim uşaqlıq çağları üçün darıxan insan övladı, bəzən bitirdiyi sevgi əlaqəsinin nostalgiyasını yaşayır. Bu isə onda yenidən keçmişə qayıtmaq arzusunu oyadır.

Aparılan tədqiqatlara görə, ayrılan cütlüklərin 50%-i keçmiş sevgililərini qaytarmaq arzusunda olur. 

Ekspertlər isə düşünürlər ki, münasibətlərin bərpasına hər iki tərəf maraq göstərdiyi təqdirdə bunun nəticəsi müsbət ola bilər - bir şərtlə ki, tərəflər qərəzsiz, əvvəlki illərin təcrübəsini nəzərə alaraq və qarşılıqlı şəkildə anlaşaraq davranmağa hazır olsunlar.

Lakin nəzərə almaq lazımdır ki, belə birləşmələrin sonları faciələ də bitə bilər. Əgər siz keçmiş sevgiliniz ilə heç vaxt həll olunmayan fikir ayrılıqları - potensial konflikt nöqtələri (məsələn, birgə yaşayış, pul, seks, uşaqlar, dostlar, ailə və sairə) yaşamısızsa, sizi burada xoşbəxt sonluq gözləməyə də bilər.

Bəzi cütlüklər zamanla bir-birilə danışmağa və münasibətlərindəki əsas problemləri həll etməyə belə çətinlik çəkirlər.

Onlar get-gedə bir-birindən uzaqlaşır və artıq sevgili və ya ər-arvad kimi yox, qonşu kimi bir yerdə yaşamağa başlayırlar. Ancaq nədənsə bir neçə il ayrı qaldıqdan sonra düşünürlər ki, bununla da problemlər həll olunub. Sonradan yenidən birləşən cütlüklərdə zamanla yenidən qalmaqal nöqtələri alovlana bilir.

Psixoloq Cahan Əliyevanın fikrincə, bu insan şüurunun altında qalan bir məsələdir. Mütəxəssis Bizim.Media-ya açıqlamasında deyib ki, yenidən görüşməyə başlayan cütlüklər düşünürlər ki, əvvəlki problemlər zamanla öz həllini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaşlı kişilərin cavan qadınlara olan SEVGİSİ – Psixoloqdan AÇIQLAMA 


“Onlar düşünürlər ki, həyat təcrübəsi toplayandan, müdrikləşəndən sonra bir vaxtlar aşa bilmədikləri maneələri artıq dəf ediblər. Cütlüklər ümid edirlər ki, ehtiyac duyduqları istiqamətlərdə özlərini inkişaf etdiriblər və beləliklə də bir-birlərinin qarşısına yenilənmiş şəkildə çıxırlar. Onlar bu dəfə hər şeyin daha fərqli olacağına ümid bəsləyirlər. Lakin burada başqa nüans da meydana çıxa bilər. İşlər düşündükləri kimi getməyə bilər”.

Psixoloq bildirib ki, bəzən belə hadisələrin faciə ilə bitdiyinin şahidi də oluruq.

“Dəfələrlə yenidən barışan ər arvad arasında ölümlə nəticələnən hadisələr də olub. Ona görə, mütləq bu zaman insanlar daha diqqətli davranaraq, öz ehtiraslarının, sevgilərinin quluna çevrilməyərək, hadisələrə, problemlərə və ayrılıq səbəblərinə soyuqbaşla nəzərdən keçirib, daha doğru qərar verməlidirlər. Beləliklə, onlar bu suala mümkün qədər səmimi cavab verməyə çalışmalıdırlar: köhnə sevgilimlə nə üçün barışmaq istəyirəm?”

Sonda qeyd edək ki, bəzən bizə elə gəlir ki, keçmiş sevgimizin həsrətini çəkirik. Əgər bu hissə ağılla yanaşsaq, bəlkə də hansısa müsbət nəticə əldə etmək olar.

Lakin unutmayaq ki, əsas burada hər iki tərəfin münasibəti bərpa etmək üçün nə tələb olunduğunu düzgün dərk etməsidir. Əgər sizin yarınız keçmiş səhvlərini etməyəcəksə, münasibətlərə yeni baxış bucağı ilə nəzər salacaqsa, o zaman barışıq təklifinə müsbət yanaşmaq olar. Əks təqdirdə isə bu fikirlərdən qaçıb uzaqlaşmaq sizin xeyrinizə olar.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO