44 günlük savaşın başladığı tarixdə, sentyabrın 27-si Azərbaycanda zəfərlə bitən müharibədə şəhid olanların əziz xatirəsi anılacaq.
Bizim.Media xəbər verir ki, həmin gün Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilər də ölən separatçılara görə anım günü qeyd edəcəklər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO
Qondarma rejimin "qərar"ında qeyd olunub ki, "Artsax"dakı anım günü sentyabrın 27-si saat 11:00-da baş tutacaq. Xankəndidəki bir dəqiqəlik sükutdan başqa, həmin gün 10:30-da erməni keşişlər Qarabağdakı kilsələrdə moizələr oxuyacaqlar.
Qeyd edək ki, Ermənistanın özündə bir dəqiqəlik sükutun elan edilməsi ilə bağlı informasiya yayılmayıb.
Azərbaycanda Anım Günü sentyabrın 27-dir. Saat 12 tamamda isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.
Haşiyəyə çıxaraq xatırladaq ki, II Qarabağ savaşından sonra Azərbaycan hər il Anım Günü ilə yanaşı Zəfər Günü də qeyd edəcək. Ermənistanda isə bu savaşın başlaması da, yekunlaşması da matəm xarakterlidir.
Bizim.Media