Sabiq şöbə müdiri məhkəmə zalında HƏBS EDİLDİ 

Sabiq şöbə müdiri məhkəmə zalında HƏBS EDİLDİ 

Hazırda oxunan: Sabiq şöbə müdiri məhkəmə zalında HƏBS EDİLDİ 

38612

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Abış Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə A.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmə zalında həbs olunub. 

İttihama görə, A.Kərimov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik edib. 

O, 2017-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına qədər FHN-in idarələrinin birində şöbə müdiri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO