Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA 

Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA 

38547

Sosial şəbəkələrdə polis əməkdaşının məhkəmə qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutması ilə bağlı ziddiyyətli fikirlər yayılıb. İddia olunur ki, hətta hüquq mühafizə orqanları əməkdaşları məhkəmə qərarı olmadan cinayət törətmiş şəxsi saxlaya bilməz. Əslində, bu proses necə həyata keçirilə bilər və polis hansı halda cinayət törətmiş şəxsi tuta bilər? 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Trend”in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, polis əməkdaşı məhkəmənin qərarı olmadan istisna hallarda hər hansı şəxsi təxirəsalınmadan tuta bilər: 

 "“Polis haqqında” Qanuna görə, şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda təxirəsalınmadan polis onu tuta bilər". 

E.Hacıyev əlavə edib ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO