Azərbaycan buğda alışını azaldıb

Azərbaycan buğda alışını azaldıb

Hazırda oxunan: Azərbaycan buğda alışını azaldıb

0:00
0:00
38537

2021-ci ilin 8 ayında Azərbaycana 480 min 960 ton buğda idxal edilib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilmiş buğdanın statistik dəyəri 122 milyon 245 min dollar olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı azalıb.

Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 688 min 735 ton buğda idxal edilmişdi. İdxal edilən buğdanın dəyəri isə 147 milyon185 dollara bərabər idi.

Onu da əlavə edək ki, Azərbaycanın əsas buğda idxalçılarından biri olan Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi sentyabrın 29-dan oktyabrın 5-dək hər tonun ixracına görə rüsumun 50,9 dollardan 53,5 dollara yüksəldiyini açıqlayıb. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO