Elçin Əskərov: “İƏT Xarici İşlər Nazirləri Şurası təcavüzü pisləyən 3 qətnamə qəbul etdi”

Elçin Əskərov: “İƏT Xarici İşlər Nazirləri Şurası təcavüzü pisləyən 3 qətnamə qəbul etdi”

Hazırda oxunan: Elçin Əskərov: “İƏT Xarici İşlər Nazirləri Şurası təcavüzü pisləyən 3 qətnamə qəbul etdi”

3834

“İslam Əməkdaşlıq Təşkilatının dünən keçirilən Xarici İşlər nazirləri toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 3 Qətnamə qəbul edilib və 3 əsas məqam öz əksini tapıb”

Bizim.Media xəbər verir ki, Eurasian Regional Center of ICYF İdarə Heyətinin sədri Elçin Əskərov bu barədə öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bu məqamlardan birincisi, Ermənistanın son 44 günlük müharibə zamanı dinc əhalini qadağan olunmuş silahlarla bombalaması hərbi və insanlığa qarşı cinayət kimi tanınıb:

“İkincisi,Azərbaycanın öz azad etdiyi ərazilərində bərpa və əhalinin geri qaytarılması üçün böyük xərclərə ehtiyac duyacağı nəzərə alınaraq, bütün üzv ölkələr, İslam İnkişaf Bankı, beynəlxalq qurumlara, beynəlxalq maliyyə qurumlarına müraciət edilərək Azərbaycana bu işdə dəstək göstərilməyə çağırılıb".

"Üçüncüsü isə, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindəki dini-mədəni obyektlərə qarşı vandallıq və təhqir siyasəti, şəhərlərin, infrastrukturun tamamilə dağıdılması hərbi cinayət kimi pislənib, beynəlxalq qurumlar buna qiymət verilməyə dəvət olunub, həmçinin Azərbaycanın Ermənistandan dəyən ziyana görə kompensasiya tələb etməsi hüququ dəstəklənib. Qətnamələrə üzv olan 56 ölkənin hamısı səs verib".

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO