Rus sektorlarını gözləyən FACİƏ – İbrahim Nəbioğlu NƏLƏRDƏN DANIŞDI?

Rus sektorlarını gözləyən FACİƏ – İbrahim Nəbioğlu NƏLƏRDƏN DANIŞDI?

Hazırda oxunan: Rus sektorlarını gözləyən FACİƏ – İbrahim Nəbioğlu NƏLƏRDƏN DANIŞDI?

38337

Yeni təhsil ilinin başlanması ilə bağlı Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması mövzusu yenə aktuallaşıb. Mövzu ilə bağlı bir çox təhsil ekspertlərinin, cəmiyyətin bir sıra tanınmış nümayəndələri açıq şəkildə fikirlərini bildiriblər. Müzakirəmizi davam etdiririk.

Fikirlər müxtəlifdir...

Bəziləri bunun hazırda gündəmdə olmaması haqqında mülahizələr yürütsə də, bir qisim insan rus bölmələrinin dərhal bağlanmasının vacibliyini vurğulayırlar. Dövrün statistikasına da nəzər salsaq elə burada da fikirlər haçalanır.

Lakin...

Mövzunun müzakirəsinə başladığımız şəxslərin hər biri bu mövzuda öz fikrinin doğru olduğunu bildirərək, dediyi sözləri arqumentlərlə izah etməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rus sektorunun bağlanması çağırışına Elçin Şıxlı və Qulu Məhərrəmlidən CAVAB


Lakin biz “məktəblərdə rus bölümü bağlansın ya yox?” sualı ərafında müzakirələr aparıb, ciddi məsələlərdən yan keçirik.

Azərbaycan dilinin dövlət dili olması, elmi və bədii ədəbiyyatın əksəriyyətinin rus dilində olması və digər arqumentləri nəzərə alıb müzakirələr aparsaq da problemin kökündə dayanan əsas məsələni görməməzlikdən gəlirik. 

Müəllim çatışmazlığı...

Elə tanınmış jurnalist İbrahim Nəbioğlu ilə də müzakirələrimiz bu səpgidə getdi.

Nəbioğlu ilk olaraq bir-neçə gün bundan əvvəl Facebook səhifəsində paylaşdığı “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız..” postundan da danışdı.

“Biri mənə yazmadı ki, bu sözlərin izahı nədir? Balalarını rusca oxudanlar statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacaqsınız? Buna səbəb nədir? Gecə bütün Azərbaycanın rusdilliləri mənim yazdığım statusuma tənqid, təhqir dolu mesajlar yazmağa başladılar. Ancaq bir nəfər məndən fikrimi izah etməyi istəmədi. Mən isə onlara cavab olaraq yeni bir yazı paylaşdım”,- deyə o, qeyd edib.

Jurnalist ana fikrinin, əsas məqsədinin isə ən dərin, ən əsas problemə yönləndirməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə hazırda ən böyük məsələ isə... 

Rus bölmələrində müəllim “defisiti”
 

“11 il sonra həmin o uşaqlar rusca danışa biləcəklər. Əmin olun ki, belə olacaq. Amma riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər. Bilirsiz niyə? Bunun çox sadə səbəbi var. Çünki məktəblərdə onları tədris edən müəllim yoxdur. Bəli, bu gün rus bölmələrində müəllim qıtlığı var. Baxın, mən  buna görə üsyan edirəm.


Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin məsələn, riyaziyyat fakultəsinin rus bölümünə verər? Hardan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini? Tapa bilməyəcəklər, il-ildən bu müəllimlərin sayları da azalır”.

Belə durumda bəs nə baş verəcək?

İbrahim Nəbioğlu bunun cavabını belə görür:

“Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək. 

Kodlaşdırmanı filanı isə unudun, o sahədə onsuz da müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər. Əfsuslar olsun ki, bəzi valideynlər artıq 11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər. Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın?”

Təhsil eksperti Elçin Əfəndi də bu fikirdədir. Onun fikrincə, bu gün rus bölmələrinin ən çox üzləşdiyi problem kadr çatışmazlığıdır.

“Bu gün ali məktəblərə rus bölməsi üzrə plan yerləri azaldılıb və ona görə də bu sferada müəllim ehtiyatı da tükənir. Artıq bir müddətdən sonra bu özünü çox sərt formada biruzə verəcək”.

Təhsil Nazirliyi niyə susur...
 

Əfsuslar olsun ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğunun üzərindən 1 həftə keçməsinə baxmayaraq, sorğumuz cavablandırılmadı. Sualımızla bağlı nazirliyin dediyi bütün protokollara əməıl etsək də hər dəfə bir bəhanə ilə suallarımız cavabsız qaldı. 


Bu səbəbdən məqalədə məsələ ilə bağlı rəsmi cavab yer almır.

Vüsalə Balayeva, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO