Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Xabarovsk şəhəri yaxınlığında An-26 təyyarəsi qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, bu gün İstintaq Komitəsinin və Baş Prokurorluğun əməkdaşları da daxil olmaqla 28 nəfərdən ibarət ikinci qrup hadisə yerinə gedib.
Qeyd edək ki, qəza yerində qurbanlardan birinin cəsədi tapılmışdı.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı
Xilasedicilərin artıq əraziyə çatdıqları və axtarışlara davam etdikləri deyilir.
Verilən məlumata görə, çətin ərazi onların işini xeyli çətinləşdirib.
Məlum olub ki, təyyarə Xrebtovaya dağı ərazisinə düşüb. Təyyarənin hissələri bir neçə yüz metrə səpələnib.
AN-26 təyyarəsinin ekipajının bütün üzvləri ölüb. Cəsədlərin ən yaxın qəsəbəyə daşınması məsələsi həll olunur.
Bizim.Media