Çin şirkəti çökür – Dünyada 4 milyon insan işsiz qala bilər

Çin şirkəti çökür – Dünyada 4 milyon insan işsiz qala bilər

Hazırda oxunan: Çin şirkəti çökür – Dünyada 4 milyon insan işsiz qala bilər

38295

300 milyard dollardan çox borcu olan “China Evergrande” şirkətinin durumu qlobal investorların narahatlığını daha da artırır.

Bizim.Media xəbər verir ki, çoxprofili investitsiya şirkəti daha iki banka olan borc ödəməsinin vaxtını ötürüb.

Müşahidəçilər şirkətin durumunun qlobal maliyyə sistemi üçün böyük miqyaslı zərbələr vuracağından narahdırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Çin valyutasından kütləvi imtina gözlənilir – Ölkəni xaosa kim aparır?


Şirkətdə 200 mindən çox insan çalışır. Eləcə də tikinti və digər sahələrdə mövcud olan 4 milyon çox iş yeri də “Evergrande”-dən asılı durumdadır.

Lakin ekspertlər nəhəng şirkətin borclarını tam ödəyə bilməsi ehtimalının az olduğunu düşünürlər. 

Çin hökuməti digər borclulara pis nümunə göstərməmək üçün iqtisadiyyata təhlükə yarada biləcək “Evergrande” -yə kömək etməyə tələsmir.

Bununla belə "Evergrande"-nin səhmlərinin qiyməti Honq Konq birjasında 32%-ə yüksəlib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO