Bu ölkədə qanuni oğrular üçün xüsusi həbsxanalar yaradılır

Bu ölkədə qanuni oğrular üçün xüsusi həbsxanalar yaradılır

Hazırda oxunan: Bu ölkədə qanuni oğrular üçün xüsusi həbsxanalar yaradılır

38282

Ukraynada qanuni oğrular üçün xüsusi həbsxanalar açılacaq. İndi Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə belə bir qurumun yardılmasını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “informator.ua” saytında yerləşdirilib. 

“Qanuni oğrular həm azadlıqda, həm də həbsxanalarda təhlükəlidirlər, çünki çox böyük təsirə malikdirlər”. Bu barədə Ədliyyə nazirinin müavini Yelena Vısotskaya Dom telekanalının efirində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü nazir “Lotu Quli”nin bacısı oğlunu köməyə çağırdı – SƏBƏB


Onun sözlərinə görə, cinayətkarlar həbsxana rəhbərliyinə də təsir edə bilirlər:

“Odur ki, həmin şəxsləri neytrallaşdırmaq çox vacibdir və bunun üçün xüsusi imkanlar və avadanlıqlar, xüsusi bir rejim yaratmaq lazımdır. Hələlik onlar ayrı-ayrı koloniyalarda qalacaq, çünki bu təcrübəni bütün 109 quruma tətbiq etmək üçün hələ pulumuz yoxdur”, deyə Vısotskaya qeyd edib.

Vısotskaya hesab edir ki, gələn il Ukraynada qanun oğrular üçün xüsusi qurumlar yaradıla bilər.
Xatırladaq ki, Ukraynada ən nüfuzlu iki qanuni oğru saxlanılıb.

Bundan əlavə, Odessada Mamuka Xonski ləqəbli qanuni oğru ələ keçirilib.

“İnformator.ua” saytı azərbaycanlı mərhum qanuni oğru "Lot Quli"nin qrupuna aid olan iki nəfərin saxlanıldığını da yazıb. Onlar Odessada adam oğurluğu ilə məşğul olurmuşlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO