\

\"Maska tax\" deyən kassir başından VURULDU

Hazırda oxunan: \"Maska tax\" deyən kassir başından VURULDU

38239

Almaniyada maska taxmayan şəxs cinayəti törədib.

Bizim.Media xarici mediya istinadənə xəbər verir ki, Reynland-Pfaltsın qəsəbəsində spirtli içki almaq üçün yanacaqdoldurma məntəqəsinə girən 49 yaşlı kişi üzərində daşıdığı silahla 20 yaşlı gəncin həyatına son qoyub.

Belə ki, o, maskasız mağazaya daxil olub. Bu zaman 20 yaşlı kassir ondan maska taxmasını tələb edib. Buna məhəl qoymayan kişi alış-verişinə davam edib.

Lakin gənc, müştərini maska taxmadığına görə, çölə çıxartmaq istəyib. 49 yaşlı kişi üzərində daşıdığı silahla gəncin başından vurub. 20 yaşlı oğlan yerindəcə keçinib.

Cinayəti törədən şəxs isə mühafizəçilər tərəfindən saxlanılaraq, polisə təhvil verilib.

Gəncin ölümü ilə bağlı cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO