"Əl çək ərimdən" deyib küçədə sürüdü - ANBAAN VİDEO 

Hazırda oxunan: "Əl çək ərimdən" deyib küçədə sürüdü - ANBAAN VİDEO 

38232

45 yaşlı Xədicə ərinin görüşdüyü 19 yaşlı iraqlı qadın İbdisə ilə telefonla danışaraq şəhərin mərkəzi küçəsində görüşüb, məsələni aydınlaşdırmağa qərar verib.

Görüş sonda davaya çevrilib və qadınlar saçyoldusuna çıxıblar. Xədicə küçənin ortasında “ərimi əlimdən aldın” qışqırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mediasında yer alıb. Hadisə Bolu şəhərində baş verib. İddiaya görə, Xədicə əri Osmanın bir uşaq anası olan İraq vətəndaşı olan 19 yaşlı İbdisa ilə əlaqəsinin olduğunu öyrənib.
 

Evdə Xədicə yoldaşının İbdisə ilə münasibətini öyrəndikdən sonra Osman həyat yoldaşına hər şeyi etiraf edib və bildirib ki, “qadın məni tərk etmir. Telefon nömrəsini verim, gedin özü ilə danışın”.


Bundan sonra onlar şəhərin ən sıxlıq olan yerlərindən birində görüşüblər.

Xədicə İbdisadan əri Osmanla  münasibətlərinə son verməyi tələb etsə də, İbdisa bundan sonra da Osmanla görüşəcəyini bildirib. Bundan sonra tərəflər arasında mübahisə davaya çevrilib və qadınlar saçyoldusuna çıxıblar. Dava zamanı Xədicə qışqıraraq deyib: “Ərimi əlimdən aldın”.

Ətrafdakılar qadınları güclə ayıra biliblər.

Hadisə yerinə polis və həkimlər çağırılıb. Tibb işçiləri halı pisləşən Xədicəni təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. İbdisə isə ifadəsinin alınması üçün polisə aparılıb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO