Təhsil naziri Emin Əmrullayev Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılışında iştirak edib.
Bizim.Media-nın məlumatına görə, tədbirdə E.Əmrullayevlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.
Nazir bu barədə “Twitter” hesabında paylaşım edib:
Bizim.Media
2021-2022-ci tədris ilinin ilk günündə Gəncə şəhər internat tipli xarici dillər təmayüllü gimnaziyanın yeni inşa olunmuş binasında yaradılan şəraitlə tanış oldum. pic.twitter.com/vEzPvGHgE4
— Emin Amrullayev (@EminAmrullayev) September 22, 2021