“Azərbaycanlılar Basarkeçərin Zərkəndi istiqamətində atəş açırlar, lakin intensiv olmur”.
Bizim.Media “aysor.am” saytına istinadən xəbər verir ki, bu iddia ilə Gegamasar icmasının lideri Akop Avetyan çıxış edib.
“İnsidentlə bağlı dünəndən bəri qubernatoru gözləyirik, amma o, hələ də gəlməyib. Yenə də ümidimizi itirməmişik”, deyə o, qeyd edib.
O, icmanın genişlənməsinə qarşı sabah parlamentdə çıxış edəcəyini söyləyib.
Azərbaycan tərəfinin son iki gündə Zərkəndi istiqamətində daha da şiddətlənən atışlarına toxunan Avetyan “Bu atəş səslərinə artıq öyrənmişik” deyib.
Xatırladaq ki, Geqamasar icmasının sakinləri Basarkeçər-Sotk avtomobil yolunu bağlayıblar. Onlar icmanın genişlənməsi proqramına qəti şəkildə qarşıdırlar. Sakinlər təhlükəsizliyin əsas prioritet olduğunu və genişlənmənin əlavə problemlərə səbəb olacağını iddia edirlər.
"Qoy axşam gəlsinlər, türklərin işıqlarının dağlarda olduğunu görsünlər. Qoy əvvəlcə təhlükəsizlik problemini, Ermənistandakı vəziyyəti həll edək”, - etirazçılar bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Region
18:00 / 21.09.2021
Basarkeçərin Zərkəndində döyüş gedir – Ermənilərin İDDİASI
Hazırda oxunan: Basarkeçərin Zərkəndində döyüş gedir – Ermənilərin İDDİASI
Hazırda oxunan: Basarkeçərin Zərkəndində döyüş gedir – Ermənilərin İDDİASI
0:00
0:00
38032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.