“Moskva müvafiq nəticələr çıxaracaq” - Zaxarovadan Ankaranın Krımla bağlı bəyanatına ŞƏRH

“Moskva müvafiq nəticələr çıxaracaq” - Zaxarovadan Ankaranın Krımla bağlı bəyanatına ŞƏRH

Hazırda oxunan: “Moskva müvafiq nəticələr çıxaracaq” - Zaxarovadan Ankaranın Krımla bağlı bəyanatına ŞƏRH

37965

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova "Soloviev Live" proqramının efirində deyib ki, Moskva Türkiyə Xarici İşlər Nazirliyinin Krımdakı seçkilərin tanınmaması ilə bağlı açıqlamasına diqqət çəkib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

O, əlavə edib ki, Rusiya bundan "müvafiq nəticələr çıxaracaq". 

Diplomatın sözlərinə görə, "Türkiyə Krımın Rusiya Federasiyasının suveren bir hissəsi olduğunu çox yaxşı bilir".

Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Krım Respublikasında Rusiya Federasiyası Dövlət Dumasına keçirilən seçkilərin qanuni olmadığı mövqeyini ifadə edən bir mesaj yayımlayıb.

Diplomatik korpusda hesab edirlər ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiyaya daxil olmasını qanunsuz adlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO