Təhsil naziri əmr imzaladı - 2021/2022-ci tədris ilində... 

Təhsil naziri əmr imzaladı - 2021/2022-ci tədris ilində... 

Hazırda oxunan: Təhsil naziri əmr imzaladı - 2021/2022-ci tədris ilində... 

0:00
0:00
37961

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, 2021/2022-ci tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. 

Əmrdə rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib. 
 

Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanmasının təşkili tapşırılıb. 


Anım və Zəfər günlərinə həsr olunan tədbirlər keçiriləcək, tədris digər dillərdə aparılan ümumtəhsil məktəblərində Azərbaycan dilinin - dövlət dili kimi tədrisinə nəzarət gücləndiriləcək. IX siniflərdə “Zəfər tarixi” kursunun yüksək peşəkarlığı və səriştəliliyi ilə fərqlənən tarix müəllimləri tərəfindən tədrisinə nəzarət ediləcək.  

Həmçinin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılacaq. 

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO