“Maqsud Mahmudov həbs olunana qədər əl çəkməyəcəyəm” – AFƏT FƏRMANQIZI

“Maqsud Mahmudov həbs olunana qədər əl çəkməyəcəyəm” – AFƏT FƏRMANQIZI

Hazırda oxunan: “Maqsud Mahmudov həbs olunana qədər əl çəkməyəcəyəm” – AFƏT FƏRMANQIZI

37934

Hüquq müdafiəçisi Roman Qaraşov bəzi müğənnilərin sabiq iş adamı, Ukraynada saxlanılaraq Bakıya gətirilən Maqsud Mahmudovla iş birliyində olduğunu açıqlayıb. O, bloger Maqsud Mahmudova pul verən müğənnilərin məsuliyyətə cəlb oluna biləcəklərini deyib. Yerli mətbuatda Maqsud Mahmudova görə cinayət məsuliyyətinə cəlb oluna biləcəklər arasında Afət Fərmanqızının da adı hallanıb. 

Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Afər Fərmanqızı Bizim.Media-ya açıqlamasında bloqerin həbs olunması üçün sonadək gedəcəyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada həbs olunan azərbaycanlı iş adamı Bakıya GƏTİRİLDİ - FOTO


“Roman Qaraşov düz deyir və mən də təsdiqləyirəm. Maqsud Mahmudov məni həm təhqir, həm də təhdid edirdi.

1000 manat pul istədi. Vermədiyim üçün təhdidə keçdi. Amma adlarını çəkmək istəmədiyim bəzi müğənnilər verdi. Bəli, indi pul verən müğənnilər tutula bilər. Manaf Ağayevlə mən pul verməmişik. Niyə tutuluruq? Maqsudla mənim nə iş birliyim ola bilər? Həyatda o mənim üzümü görməyib. 
 

Qaynatamın ilidir deyə pul istədi. Vermədik, söyüldük. Bir xanımı, ananı söymək acizlik əlamətidir. Bu məsələdə dövlətimizin qanunlarına güvənirəm”.


Məsələni 4 ay öncə qaldırdığını xatırladaq Afət Fərmanqızı bəzi həmkarlarına da irad bildirib:

“Heç bir müğənninin cürəti çatmadı ki, bu məsələni qaldırsın. Çünki ona pul veriblər. Mən pul vermədiyim və özümü sığortaladığım üçün Maqsud Mahmudovdan şikayətçi oldum. Mən dövləti istəyən adamam. Dövlətimizi söyən adama niyə pul verməliyəm ki?”,- deyə müğənni əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO