Ağdam rayonunda yol tikintisi zamanı minaya düşərək yaralanan ekskavatorçu Ağayev Zəfər Yunis oğlunun vəziyyəti sabitdir.
Bu barədə Bizim.Media-ya Bərdə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yaralının üz nayihəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var. O, partlayış zamanı ekskavatorun kabinəsində olduğundan ağır xəsarətlər almayıb.
Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində baş verib. Ekskavator tank əleyhinə minaya düşüb. Nəticədə Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 21.09.2021
Ağdamda minaya düşən şəxsdən xəbər var
Hazırda oxunan: Ağdamda minaya düşən şəxsdən xəbər var
Hazırda oxunan: Ağdamda minaya düşən şəxsdən xəbər var
37896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.