Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən 144 mərtəbəli bina 10 saniyəyə sökülüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, binanın hündürülüyü 165 metr olub.
Məlumata görə, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri ətrafdakı tikililərə zərər dəymədən 10 saniyə ərzində başa çatıb.
Bizim.Media