Rusiya Dövlət Dumasına dörd partiya keçir: Vahid Rusiya (45,2% ilə birinci yer), Rusiya Federasiyası Kommunist Partiyası (21%), LDPR (8,7%), Ədalətli Rusiya (7,9%).
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi “INSOMAR” ekzit polunun nəticələrinə əsasən yayıb.
Respondentlərə "Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?" sualı verilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib
Sorğu elektron anketlərdən istifadə edərək planşetlərdə aparılıb, məlumatlar real vaxtda yerləşdirilib.
Məlumatların təmsil olunmasını təmin etmək üçün 825 yaşayış məntəqəsində 1455 seçki məntəqəsi seçilib.
Sorğu hər üç seçki günü ərzində yerli vaxtla 8.00-dan 20.00-dək seçicilərin seçki məntəqələrindən çıxması ilə həyata keçirilib. Sentyabrın 17-dən 19-dək keçirilən sorğuda ümumilikdə 438 218 nəfər iştirak edib.
Bizim.Media