Azərbaycanda sabahın hava PROQNOZU

Azərbaycanda sabahın hava PROQNOZU

Hazırda oxunan: Azərbaycanda sabahın hava PROQNOZU

37646

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sentyabrın 20-də Abşeron yarımadsında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər dağlarda duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO